İcra başçısı jurnalistlərlə görüşdü

img

22-07-2016 [11:45]


Səbail Rayon İcra Hakimiyyətinin və YAP Səbail Rayon təşkilatının təşəbbüsü ilə Milli Mətbuat günü ilə bağlı qəzet və elektron informasiya vasitələrinin bir qrup nümayəndəsi ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə Milli Mətbuatın tarixi, jurnalisttikanın problemləri və inkişafı barədə danışıb. Qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan iqtisadi inkişaf və əmin-amanlığa görə prezident İlham Əliyevə minnətdar olmalıyıq

Eldar Əzizov və tədbirdə çıxış edən «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd ediblər ki, hazırda kütləvi informasiya vasitələri nümaynədələrinin qarşısında duran ən mühüm vəzifələr birmənalı olaraq Azərbaycanın bu günkü nailiyyətlərini təbliğ etmək, ölkə iqtisadiyyatı, siyasəti və digər sahələr üzrə analitik materialları oxuculara çatdırmaq olmalıdır.

İcra başçısı jurnalistlərlə görüşdü

İcra başçısı jurnalistlərlə görüşdü
İcra başçısı jurnalistlərlə görüşdü


Digər xəbərlər
SON XƏBƏRLƏR