Partiya sdərindən jurnalistlərə təbrik

img

22-07-2016 [11:24]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Mətbuat günü ilə əlaqədar jurnalistləri təbrik edib. 

Təbrikdə deyilir:

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 141 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Bu münasibətli Azərbaycanın dəyərli media mənsublarını, sıravi jurnalistərdən tutmuş media kapitanlarına qədər hər kəsi təbrik edirəm. Qoy, qarşıdan gələ bütün dönəmlərdə Azərbaycanda söz və mətbuat azadlığı daha da genişlənsin. Jurnalistlərimizə isə hər zaman obyektiv olmağı arzulayıram.

Sözünüz kəsərli, qələminiz iti olsun. Bayramınız mübarək


Digər xəbərlər
SON XƏBƏRLƏR