ETSN sözçüsü “Ən yaxşı mətbuat katibi” seçilib

img

20-07-2016 [12:41]


Azərbaycan Jurnalistlər Şəbəkəsi və "ACT Azərbaycan” araşdırma şirkətinin birgə keçirdiyi "Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri açıqlanıb.

Layihəyə əsasən, müxtəlif qurumların mətbuat katibləri sorğuda iştirak edərək 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər. Ölkənin fərqli media qurumlarında çalışan jurnalistlər isə 2 sahə üzrə (dövlət və biznes strukturu) yaxşı hesab etdiyi mətbuat katiblərini seçib.

Sorğuda 70 mətbuat katibi iştirak edib. Media ilə əlaqələrin qurulmasında ən məhsuldar çalışan mətbuat katibləri 100 jurnalist arasında keçirilmiş anket sorğusu əsasında müəyyənləşdirilib. Sorğuda iştirak edən jurnalistlər dövlət sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya daha çox səs veriblər. Özəl sektorda isə "Bakcell” şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova qalib olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR