Arif Quliyev traktorla qəzaya düşdü - Qolu çıxdı

img

14-07-2016 [16:17]


Xalq artisti, tanınmış gülüş ustası Arif Quliyev qəzaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. O bildirib ki, qəza yenicə rol aldığı "Nazlı” filminin çəkilişi zamanı baş verib: "Filmdə traktorçu Təbriz obrazında oynayıram. Amma mən traktor sürə bilmirdim. Bu üzdən bir həftə traktor sürməyi öyrəndim. Çəkiliş zamanı traktor çaya aşdı, qolum çıxdı. Həmin kənddə sınıqçı vardı, getdim yanına qolumu saldılar. Traktor sürücüsünün də ayağı əzilib”.

A.Quliyev hazırda vəziyyətinin normal olduğunu və filmlə bağlı çəkilişlərini davam etdirdiyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR