Rusiya hərbi bölmələri Ermənistanda taktiki təlimləri keçirir

img

13-07-2016 [18:09]


Ermənistanda Rusiyanın Cənub Hərbi Dairəsinə daxil olan hərbi bazasının bölmələri taktiki təlimlərə başlayıblar.

APA-nın "Armenpress”ə istinadən verdiyi məlumata görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Təlimlər Ermənistanın "Kamxud” və "Alaqyaz” adlı yüksək dağlıq poliqonlarında keçirilir. Təlim zamanı motoatıcı, tank, artilleriya və xüsusi bölmələr idarəçiliyin təşkili, idarəetmə orqanlarının birgə fəaliyyəti, şərti düşmənin hücumu zamanı qarşılıqlı fəaliyyət məsələləri üzərində çalışacaqlar.

Təlimlər iyulun 16-na kimi davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR