Təkbətək görüş olacaq - Putin və Ərdoğan razılaşdı

img

29-06-2016 [15:06]


Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb. 

Açıqlamada bildirilir ki, telefon danışığı zamanı dövlət başçıları Rusiya və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasının vacibliyi və əhəmiyyətini vurğulayıblar. Danışıq zamanı bu istiqamətdə lazımlı addımlar atmaqla yanaşı, bölgədə siyasi, iqtisadi və insani böhranlar qarşısında işbirliyi yaratmağın əhəmiyyətinə də toxunulub.

Həmçinin ölkələr arasındakı münasibətlərin canlandırılması və terrorla ortaq mübarizə məsələlərində qərara gələn iki lider bir-biri ilə ünsiyyət qurmaqdan razı qalıblar. Görüşdə iki liderin üz-üzə görüşməsinə dair razılıq da əldə olunub. 

Onu da qeyd edək ki, V.Putin telefon danışığı zamanı  terror hücumunu da qınayaraq Türkiyə prezidentinin timsalında bütün türk xalqına başsağlığını da çatdırıb(lent.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR