ATƏT sədrindən Qarabağ açıqlaması: “Eskalasiya potensialını...”

img

29-06-2016 [14:34]


"Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır”.

Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer Cənubi Qafqaza səfərindən öncə Berlində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Almaniya ATƏT-də sədrliyi dövründə bu təhlükəni aradan qaldırmaq üzrə məsuliyyət daşıyır:

"Almaniyanın ATƏT-ə sədrlik etdiyi dövrdə bu təhlükəni mümkün olduğu qədər söndürməyə biz məsuliyyət daşıyırıq.

Bunu atəşkəs konsolidasiyası, qarşılıqlı etimadın yaradılması və danışıqların tezliklə başlanması yolu ilə həyata keçirməliyik"

Nazir təhlükənin barışığın konsolidasiya edilməsi, etimad tədbirlərinin yaradılması və danışıqların tezliklə başlanılması yolu ilə aradan qaldırılmasını mümkün hesab edir.

Xatırladaq ki, Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz regionuna səfəri bu gün başlayır. ATƏT-in fəaliyyətdə olan sədri bu gün Yerevana gedəcək.

O, iyunun 30-da Bakıda görüşlər keçirəcək və sonra Tbilisiyə yola düşəcək.

Ştaynmayer iyulun 1-də Gürcüstana gedəcək vəATƏT PA-nın illik sessiyasına qatılacaq.

Hər iki ölkədə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR