“20 Yanvar” metro stansiyasının bir girişi bağlanır

img

29-06-2016 [10:30]


İyulun 1-dən metronun "20 yanvar" stansiyasının birinci giriş-çıxışı bağlanır.

Bu barədə Mia.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, "20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir: "Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. Bütün bunları nəzərə alaraq "Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, "20 Yanvar” stansiyasının I vestibülü 01.07.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq. "Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".

N.Paşayev qeyd edib ki, stansiyanın I vestibülü bağlı olsa da, yeraltı keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR