Diasporumuz bu qıza vəzifə verdi - FOTOLAR

img

28-06-2016 [17:19]


Tanınmış rus modelə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) Rusiya nümayəndəliyində vəzifə verilib.

Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb. ASGA həmçinin xarici ölkələrdə nümayəndəliyi olan yeganə Azərbaycan gənclər təşkilatıdır. ASGA Rusiya nümayəndəliyi aktivliyi ilə daim seçilir. Hər zaman yeniliyə imza atan və daima yeni-yeni uğurlarla tanınan nümayəndəlik bu dəfə də hər kəsi təcübləndirəcəyi bir təyinat realllaşdırıb.

Bu barədə ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev məlumat verib. Belə ki, Rusiyanın tanınmış modeli Yulya Dujeva ASGA Rusiya nümayəndəliyi sədri Toğrul Allahverdilinin Rusiya təşkilatları ilə əlaqə və mədəniyyət üzrə müavini təyin edilib.

Qeyd edək ki, tanınmış model Moskva dövlət universitetinin hüquq fakultəsinin tələbəsi, Kremlyovskiy polk gənclər hərəkatının həmtəsisçisi və rus-patriots proektinin rəhbəridir(femida.az).










Digər xəbərlər
SON XƏBƏRLƏR