Şəbnəm hansı saytdan pulla xəbəri çıxartdırıb?

img

24-06-2016 [14:07]


Müğənni Şəbnəm Əsədova (Tovuzlu) "Hər şey daxil” verilişinin qonağı olub.

İfaçı haqqında dərc edilən yazıları saytlardan pul müqabilində sildirdiyini iddia edib: "Mətbuat işçilərinin xəbəri olmadan məni reklam edirlər. Mənim isə belə reklama ehtiyacım yoxdur. Qabağa gedən insaları arxaya atmaq istəyirlər. Elə bilirlər ki, arxamız, çevrəmiz və nəslimiz yoxdur. Atam çox əsəbiləşdi, tovuzlu olan yazarla zəng vurub dedi ki, ayıb deyil? Onlarda cavab verib ki, birinci filan kanaldan bizə məlumat gəldi, yazdıq.

5-10 nəfər xəbər yazdı, elə siz ağılda olanlar da xəbəri oxudu, reytinq yığdınız. Özüm əsəb keçirdim, ağladım. Həyat yoldaşım dedi ki, nə olub sənə, üzdə olan adamsan, ya çəkil otur evdə, ya da çıx denən ki, həmişə var olacam, gözünüzə batacam. Bu hadisələr bir nəfərin mənimlə olan rəqabətindən yaranıb. Heç kimin çörəyini əlindən alan deyiləm. Götürüb filan sayta deyib ki, yaz, sonra bir az onlardan pul qopararsan. Daha sonra biz pul verdik, çox yerdən sildilər. Pul ətri görüblər, amma haram qazancdır”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu ilə bağlı sözügedən xəbər ilk dəfə "Qafqazinfo"da yayımlanıb. Daha sonra ölkənin bir sıra məşhur saytları həmin məlumatı "Qafqazinfo"ya istinadən dərc ediblər. Müğənni açıqlamasında xəbəri sildirdiyini bəyan etsə də, hansı saytdan çıxartdığını gizli saxlayıb.

Müğənni ilə bağlı həmin xəbər saytdadır, bu linkdən tanış ola bilərsiniz.



Digər xəbərlər
SON XƏBƏRLƏR