Şriftin ölçüsü / 756 dəfə oxunub

Azərbaycanda tanınmış müğənni itkin düşdü

16 Iyun 2016 [10:21]
Müğənni Afət Fərmanqızı yoxa çıxıb. Ölkə.Az-ın sənətçiyə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, onu iki gündür yaxınları və məclis sahibləri axtarır:

"Afəti axırıncı dəfə iyunun əvvəlində bir məclisdə gördüm. Ondan sonra yoxa çıxıb. Deyilənə görə, xeyli adamdan da xınayaxdı məclisində iştirak üçün beh alıb".

Xatırladaq ki, Afət Fərmanqızı son illər daha çox xınayaxdı məclislərinin aparıcısı kimi tanınır.

Ölkə.Az-ın əməkdaşı yayılan xəbərlə bağlı sənətçinin özü ilə əlaqə saxlamağa çalışsa da, onun mobil nömrəsinə zəng çatmayıb.

Maraqlıdır ki, A.Fərmanqızı sosial şəbəkədəki sonuncu paylaşımını iki gün əvvəl, yəni deyildiyi kimi yoxa çıxdığı gün edib.


SON XƏBƏRLƏR