Türkiyədə növbəti terror – Ölən və yaralananlar var (Video + Yenilənib 4)

img

08-06-2016 [15:00]


Türkiyənin Mardin vilayətində terror aktı törədilib.

Polis idarəsinin önündə bomba yüklü maşın partladılıb. Partlayış nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

12:46
***

Türkiyənin Mardin vilayətində baş verən partlayışdan sonra PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub.

Terror aktı nəticəsində çox sayda insan yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Partlayış nəticəsində ətrafdakı binalara da ciddi zərər dəyib.

13:21
***

Mardin vilayətində baş verən qanlı terror aktı nəticəsində 2 polis şəhid olub.

AzNews.azTürkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı təxminən 500 kiloqram bomba yüklü maşının partladılması ilə həyata keçirilib.

13:37
***

Mardində baş verən güclü partlayış nəticəsində 1-i polis olmaqla 2 nəfər vəfat edib.

AzNews.azyerli KİV-lərə istinadən xəbər verir ki, terror aktı nəticəsində 23 nəfər yaralanıb.

14:00
***

Qanlı terror aktı nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

AzNews.azyerli KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində yaralananların sayının 30 olduğu bildirilir.

Aydan AXUNDOVA





aznevs

Digər xəbərlər
SON XƏBƏRLƏR