Əfsanəvi boksçu vəfat etdi

img

04-06-2016 [11:02]


Əfsanəvi boksçu Məhəmməd Əli ötən gecə 75 yaşında vəfat edib.

Bokçsu ABŞ-ın Finiks xəstəxanasında ağlr vəziyyətdə idi. Onun ölümünü ailəsi təsdiqləyib.
Məhəmməd Əli son vaxtlar tənəffüs yolları xəstəliyindən əziyyət çəkirdi. Bundan başqa, o, 30 il idi ki, həm də parkinson xəstəliyi ilə mübarizə aparırdı.
Amerikalı əfsanəvi boksçu Məhəmməd Əlinin əsl adı Kassius Marsellus Kleydir. 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub.
Boks üzrə ağır çəkidə dünya çempionluğunu 1964, 1974, 1978-ci illərdə 3 dəfə qazanan Məhəmməd Əli bu adı rəqibləri qarşısında 19 dəfə qorumağı bacarıb.

Karyerası boyunca çıxdığı 61 matçın 56-dan qalibiyyətlə ayrılan idmançı 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR