ANS-də yeni təyinat - Mirşahini əvəzlədi

img

02-06-2016 [12:15]


ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub.

Şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov "report”a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib.

M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb.

"Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” - deyə, Mais Məmmədov əlavə edib.

Qeyd edək ki, ANS TV-nin bundan əvvəlki baş redaktoru Mir Şahin Ağayev olub. O, baş redaktor vəzifəsindən azad edildikdən sonra bu vəzifə boş idi.

Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan "İç xəbər” verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq "Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

ANS-də yeni təyinat -  Mirşahini əvəzlədi


Digər xəbərlər
SON XƏBƏRLƏR