DST-dan xəbərdarlıq - Olimpiya oyunlarını yeri dəyişdirilsin

img

28-05-2016 [13:45]


Dünya Səhiyyə Təşkilatı (DST) 5 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq Yay Olimpiya Oyunlarından narahatdır.

Adıçəkilən ölkədə Zika virusunun yayılması səbəbilə onlar təcili toplantı keçiriblər.

Təşkilat məsləhət görüb ki, Olimpiya oyunlarının yeri dəyişdirilsin. Səbəb kimi isə Olimpiadadan sonar virusun bütün dünyaya yayılması təhlükəsinin olmasıdır. Rio-ya gələcək 500 min turist bu virusa yoluxa bilər. Nəticədə digər ölkələrdə virusun yayılması sürətlənər.

Lakin Braziliya Olimpiya Komitəsi bildirib ki, yay aylarında bu virusun yayılması çox aşağı həddə enir.



Digər xəbərlər
SON XƏBƏRLƏR