Azərbaycanda şairə 110 min dollar atdılar-SƏBƏB

img

28-05-2016 [13:41]


Bakıda şairə qarşı dələduzluq edilib.
Nərimanov rayon Polis İdarəsindən mia.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü German Əli oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək bildirib ki, 1965-ci il təvəllüdlü Valeh Vəli oğlu Rüstəmov onu aldadıb iş qurmaq adı ilə 30 min ABŞ dollar pulunu alıb. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
G. Hüseynov dələduzluğa məruz qalması faktını təsdiqləyib. O bildirib ki, əslində ona 30 min yox, 110 min dollar ziyan dəyib. G. Hüseynov dələduzluğa məruz qalması ilə bağlı yaxın günlərdə detallı açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, German Hüseynov şair-publisistdir. O, "656№-li qatar”, "Könlüm sevgi zindanı”, "Ruhum Ağdamda qaldı”, "Bu il də tut yemədik”, "Əzizbəyov küçəsi ev 57”, "Sən mənim əbədi məhəbbətimsən” adlı şeir kitablarının müəllifidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR