Sumqayıtda tələbələrlə ADR-in yaranması haqda tədbir keçirildi

img

28-05-2016 [13:32]


Sumqayıtda tələbələrlə ADR-in yaranması haqda tədbir keçirildi.

Xeberlent.az saytının verdiyi məlumata görə bu gün (27.05.2016) MKS-in M.Ə.Rəsulzadə adına kitabxana filialda AXC-nin yaranması münasibətilə "Xalqın İstiqlal mücadiləsi” adlı oxucu konfransı keçirildi. Tədbirdə Tarix Araşdırmalar Qurumunun həmtəsisçisi, "Birlik.az” saytının rəhbəri Hətəmov Vüsal, şairə, "Zərif qadınlar” ədəbi məclisinin sədri Xatirə Fərəcli və müxtəlif institutlarda təhsil alan tələbələr və 14 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri kitabxananın müdiri Ofelya xanım açıq elan edərək bildirdi ki, bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Ofelya xanım Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilməsindən danışaraq qeyd etdi ki, Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi. Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək söylədilər ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Tədbirdə Ofelya xanımın, həmçinin şairə xanım Xatirə Fərəcli və şərqşünas Vüsal Hətəmovun çıxışlarından sonar tədbir diskussiya şəklində davam etdirildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR