Qarabağ müharibəsi iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili həyata keçiriləcək

img

26-05-2016 [16:35]


"Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, 20 aprel 2016 – 20 avqust 2016 - cı il tarıxinə kimi "Qarabağ müharibəsi iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili” adlı layi­hə­sində müharibə iştirakçılarının bölgələrdə keçirəcəyi turu ilkin olaraq Qəbələ rayonunda 28-29 may 2016-cı il tarixdə nəzərdə tutulur.

Layihənin direktoru, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova layihə haqqında məlumat verərək bildirdi ki, icra edilən layihənin başlıca məqsədi, Bakı şəhəri və şəhər ətrafı rayonlarda yaşayan Müharibə iştirakçılarının tur zamanı əlil-veteranlar rayonda yerləşən tarixi abidələri, muzey və ya görməli yerlərə gəzintilər təşkil olunacaqdır. Respublikanın müxtəlif reqionlarında onların asudə vaxtlarının səmərəli təşkili, tarixi abidələrlə tanışlıq və istirahətlərinin normal səviyyədə kecirilməsinin təşkil olunmasıdır.

Həyata keçirəcəyimiz layihənin əsas məqsədi Müharibə iştirakçılarının sosial rifahlarının, problemlərinin həlli istiqamətində onların istirahətlərinin təmin olunmasında köməklik göstərməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR