QHT qalib oldu

img

26-05-2016 [16:18]


Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək ictimaiyi birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşgulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. 

Layihə işi üzrə tədbir iş qrafikinə uyğun olaraq, 27 may 2016-cı il tarixində Ağdaş rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları və onların ailə üzvləri arasında sorğu keçirilərək onların sosial problemlərini müəyyənləşdirmək, İcra hakimiyəti orqanları və məşğulluq ilə əməkdaşlığın qurulması, təkliflər paketinin şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və ailə üzvləri arasında onların da təkliflərini dinləyib ictimai müzakirəyə çıxarılması, həssas qrupa daxil olan hədəf qrupunun peşə yönümlülüyünün öyrənilməsi, İcra strukturlarına və məşğulluq mərkəzlərinə təkliflər paketinin verilməsi istiqamətində tədbirlər keçiriləcəkdir.

Bu layihənin həyata keçirilməsində əsas məqsəd, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılmasına xidmət etməkdir. Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyi hesab edir ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının işsizlik problemlərinin daha effektiv və qısa zamanda həlli üçün bizim hazırladığımız təkliflər paketinin İcra orqanları və Məşgulluq idarələri tərəfindən öyrənilməsi və həyata keçirilməsinə çalışacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub