Qardaş oğlanla danışdığına görə bacısını öldürdü - Bakıda

img

26-05-2016 [13:06]


Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi baş verib. 

Hadisə rayonun Faiq Yusifov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Emin Çobanov bacısı, 1986-cı il Rübabənı bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir. Məlumata görə, Emin Çobanov özündən 8 yaş böyük olan bacısının başqa oğlanla münasibət saxlamasını bilib. Buna görə də qardaş və bacı arasında mübahisə yaranıb. Mübahisə zamanı Emin bacısına 30-dan çox bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisəni törədən Emin Çobanov polisə gələrək təslim olub. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR