Yığmamızın sabiq baş məşqçisi vəfat etdi

img

13-05-2016 [10:19]


Azərbaycan idmanına ağır itki üz verib.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Feliks Məmmədov dünyasını dəyişib.

O, səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən vəfat edib. 79 yaşında dünyasını dəyişən Məmmədov bu gün paytaxtda dəfn olunacaq.

Qeyd edək ki, Məmmədov Azərbaycanla yanaşı, Türkiyədə də çalışıb. O, müxtəlif illərdə SSRİ və Azərbaycan çempionatının mükafatçısı olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR