MTN generallarının işinə hərbi tribunalda baxılacaq

img

06-05-2016 [11:12]


Cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunan Akif Çovdarovun və ləğv olunmuş MTN-in digər generallarının işi üzrə istintaq başa çatıb, prokurorluq materialları məhkəməyə verməyə hazırlaşır.

"Qafqazinfo”nun məlumatına görə, istintaqa yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, mühakimə olunanların hamısı hərbçi olduğundan onların işinə Hərbi Məhkəmədə baxılacaq. Bundan başqa, o da bildirilir ki, generalların məhkəməsi qapalı keçiriləcək.

Xatırladaq ki, "MTN işi” ilə bağlı həmin qurumun yüksək vəzifəli onlarla generalı və zabiti həbs olunub. Onların hamısı cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunurlar.

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.
O, ötən ilin noyabr ayında həbs edilmiş və barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR