Tural Abbaslı Müsavatdan istefa verdi

img

05-05-2016 [17:21]


Tural Abbaslı Müsavat Partiyasından istefa verib.

Bu barədə APA-ya T. Abbaslı özü məlumat verib. 

O, istefa ərizəsinin mətnini də açıqlayıb, istefasını Müsavatın sonuncu qurultayından sonra yaranan vəziyyətlə əlaqələndirib: "Biz ailəlikcə müsavatçı olmuşuq. Hər zaman müsavatçılıq ideologiyasının ölkəmizdə qalib ideologiya olacağına, mövcud durumu dəyişərək demokratik cəmiyyət quracağına inanmışıq. Təəssüf ki, bu inancımız Müsavat Partiyasının son qurultayından sonra sarsılmağa başladı. Qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəldim. Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrdə uğurlar arzulayaraq, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!”

Digər xəbərlər
SON XƏBƏRLƏR