“Ərdoğan Davudoğlu məsələsində biabırçılıq elədi” - 2 şəxs arasında dizli savaş varmış

img

05-05-2016 [14:17]


"Rəcəb Təyyib Ərdoğan Əhməd Davudoğlunu özünə potensial rəqib görürdü”.

Bu sözləriAzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyədə baş verən son olaylara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, son vaxtlar Davudoğlunun Türkiyədəki reytinqi xeyli artıb və bu da Ərdoğanı narahat etməyə başlayıb:"Türkiyə Baş nazirinin son çıxışı kifayət qədər sərt idi və bu, əhali tərəfindən son dərəcə rəğbətlə qarşılanmışdı. Bundan əlavə, Davudoğlunun reytinqi durmadan artırdı. Belə bir şəraitdə Ərdoğanın Davudoğlunu partiya və qurultay nümayəndələriylə məsləhətləşmədən, avtoritarcasına tutduğu vəzifədən uzaqlaşdırması mənim fikrimcə, Türkiyə demokratiyasına kölgə salan bir addımdır. Pərdə arxasında nələr olduğunu deyə bilmərəm, amma bu iki şəxs arasında müəyyən fikir ayrılıqlarının ortaya çıxdığı göz önündə idi”.

Politoloqun fikrincə, prezidentlə baş nazir arasındakı gərginlik Türkiyə Böyük Millət Məclisində baş verən son davadan sonra pik həddə çatıb:"Burada əsas ziddiyyət yaradan məsələlərdən biri parlamentdə konstitusiyanın qəbulu ilə bağlı iclasda davanın düşməsi idi. Həmin davadan sonra yeni konstitusiyada Türkiyədə prezident sülh idarəsinə keçid məsələsinə xitam verilmiş kimi görünürdü. Ərdoğan hesab edir ki, Davudoğlu bu məsələlərdə sanki baş nazirin səlahiyyətlərinin məhdudlaşdırılmasını prezident sülh idarəsinin tətbiqinə qarşı çevrilmiş hərəkət kimi görür.Ölkə əhalisinin çoxu da Atatürkdən qalma siyasi sistemin dəyişdirilib bir şəxsin avtoritar idarəçiliyinə verilməsinə qarşıdır. Həm partiyalar, həm də ayrı-ayrı şəxslər səviyyəsində bu fikir açıq şəkildə ifadə olunurdu. Çox güman ki, Ərdoğan Davudoğlunun da konstitusiyanın dəyişdirilməsinin əleyhinə olduğu fikrindədir.Bu səbəbdən də iki rəhbər şəxsin yolları ayrılıb”.

Qabil Hüseynli hesab edir ki, Ərdoğanla Davudoğlu gizli şəkildə səlahiyyət davasında imiş:"Onlar bir-biri ilə açıqdan-açığa olmasa da, gizlində səlahiyyət davası aparırdı. Son parlament davasında konstitusiyaya düzəliş iclasının baş tutmaması, biabırçılıqla yadda qalması ilə artıq Türkiyə cəmiyyətində prezident sülh idarəsinə keçidin əleyhinə olanların sayı artdı”.

Politoloq hansısa prezidentin partiya sədrini vəzifədən çıxarmasını demokratiyaya zidd addım hesab edir:"Bunu özbaşınalıq nümunəsi kimi də qəbul etmək olar. Partiyanın sədri Davudoğludur. Prezident isə bütün partiyalarla eyni məsafədə olmalıdır. Hansısa siyasi partiyaya mənsubiyyətini ifadə etməməlidir. Onun yaradanı Ərdoğan olsa belə, partiyanın daxili işlərinə müdaxilə etməsi biabırçılıqdır”.

Q.Hüseynli Ərdoğanın öz kürəkəni Berat Albayrakı Davudoğlunun yerinə təyin edəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Öz kürəkənini qoya bilməz. Bu fikirlər sadəcə iddiadan ibarətdir”.

O hesab edir ki, Türkiyənin terrorizmlə mübarizə apardığı bir vaxtda siyasi elitasında belə bir qarışıqlıq yaradılması ölkə üçün lazımsız idi:"Bu məsələ Türkiyə üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Çünki Ərdoğanın parlament sədrinin yerinə gətirdiyi şəxs qatı dindardır. "Dini konstitusiya yaradırıq”, - deyə bəyanat verib.

İndi Davudoğlunun da yerinə əmmaməli birini gətirib qoymasalar yaxşıdır. Davudoğlu məsələsindən sonra Türkiyədə etirazların çox qızışacağını və orada ciddi qarşıdurmalar olacağını proqnozlaşdırmaq çətin deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR