Kəmaləddin Heydərovun müavini açılış etdi

img

05-05-2016 [12:27]


Bu gün Bakıda daha bir yanğından mühafizə bölməsinin açılışı olub.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 20 nömrəli yanğından mühafizə bölməsinin açılışında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov iştirak ediblər.

Açılış mərasimində məlumat verilib ki, 38 nəfər şəxsi heyəti olan bölmə Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.

Üç çıxışlı bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bölmənin ərazisində - yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa edilib. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var.

Bölmə 3 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin olunub.

10:34

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli yanğından mühafizə bölməsinin açılışı olub.

APA-nın məlumatına görə, mərasimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov iştirak ediblər.

Məlumat verilib ki, 38 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 48 sotdur. Bölmə Mehdiabad və Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.

Üç çıxışlı bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bölmənin ərazisində - yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa edilib. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var.

Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin olunub.

Bu gün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli yanğından mühafizə bölməsinin açılışı də olub.

Mərasimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov iştirak ediblər.

Açılış mərasimində məlumat verilib ki, 38 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 30 sotdur. Bölmə Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.

Bölmə üç çıxışlıdır. Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bölmənin ərazisində - yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma var.

İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana fəaliyyət göstərir.

Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR