Ermənilər Umud Mirzəyevin saytını dağıtdılar

img

05-05-2016 [10:46]


Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmi internet səhifəsi 28 aprel tarixindən etibarən müxtəlif vaxtlarda Ermənistandan olan hakerlərin hücumuna məruz qalıb.

Bu barədə Mia.az-a BAMF-ın mətbuat xidməti məlumat verib. Bildirilib ki, BMT ECOSOC-un əsas məşvərətçi statuslu üzvü olan BAMF-ın rəsmi səhifəsində BMT-nin 70 illiyinin qeyd olunması və digər məsələlərlə bağlı informasiyalara əlavə edilmiş şəkillər haker hücumu nəticəsində silinərək əvəzinə qondarma erməni soyqırımını xatırladan şəkillər qoyulub.

Qeyd edək ki, bir müddət əvvəl BAMF-ın təsisçiliyi ilə yaradılan və 5 dildə dərc edilən "Avrasiya–Gündəliyi” ("Eurasia Diary”) analitik informasiya portalı da ermənilərin hədəfində olan əsas informasiya saytlarından biri kimi təqdim edilib.

BAMF-ın sədri Umud Mirzəyev hadisəyə münasibət bildirərkən deyib: "BAMF uzun müddətdir ki, Qarabağ münaqişəsi ilə bağlı obyektiv informasiyanın dünyaya çatdırılması, regionda sülhün və inkişafın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Görünür, Ermənistanın cinayətkar rejimi BAMF-ın beynəlxalq aləmdə münasibətlərindən, sülh çağırışlarından eləcə də müxtəlif qurumlarla əməkdaşlıq imkanlarından ciddi narahat olub. Odur ki, Qarabağ cəbhəsində ermənilərin təxribatçı əməlləri artıq informasiya sistemində də özünü göstərməkdədir.

Lakin, dağıdıcı və qeyri konstruktiv metodlar münaqişənin həll olunmasına, işğal altındakı Azərbaycan torpaqlarının nəzarətdə saxlanılmasına kömək etməyəcək və ən sərt şəkildə cavablandırılacaq. Maraqlısı odur ki, sözügedən hücum Ermənistan hakimiyyətində təmsil olunan cinayətkar dəstənin Telekommunikasiya İdarəsi tərəfindən həyata keçirilir. Bu isə, bütün beynəlxalq müqavilələrə və prinsiplərə tamamilə ziddir.

Bununla ermənilər və havadarları heç bir beynəlxalq qərarlara əhəmiyyət qoymadıqlarını nümayiş etdiriblər. Odur ki, bütün qurumları ayıq-sayıq olmağa çağırırıq”.

Baş verən haker hücumu ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hücum Ermənistan Telekkomunikasiya qovşağının Qafanda yerləşən əməliyyat mərkəzindən həyata keçirilib.

Ümumilikdə isə, BAMF-ın rəsmi saytına ay ərzində daxil olan və Ermənistanı təmsil edən 3988 İP giriş adresləri qeydə alınıb.

Qeyd edək ki, bir müddət əvvəl ermənilərin fitnəkar əməlləri nəticəsində BMT-nin Davamlı İnkişaf Fondunun rəsmi internet səhifəsində Dağlıq Qarabağı erməni əraziləri kimi göstərən xəritə BAMF-ın müraciəti ilə saytdan silinmiş və bununla bağlı BMT-nin BAMF-a xüsusi müraciəti ünvanlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR