Veysəloğlu Şirkətlər Qrupu Sahibkarlar Günü ilə əlaqədar tədbir keçirib

img

26-04-2016 [13:10]



Aprelin 25-də Veysəloğlu Şirkətlər Qrupu ölkədə yeni təsis olunan Sahibkarlar Gününü təntənəli şəkildə qeyd edib. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon Bələdiyyəsinin sədri və bir sıra digər qonaqlar iştirak edirdilər.

Tədbirdə çıxış edən şirkət rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına bütünlükdə ölkə iqtisadiyyatının yüksəlişi kimi önəm verərək yeni istehsal sahələrinin və müəssisələrin yaradılmasını, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsini sahibkarlığın güclənməsi üçün başlıca amil olduğunu vurğulamışdır.

Tədbirdə bildirildi ki,Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə sahibkarlara yaradılan əlevrişli şərait, iqtisadi mühit və dövlət dəstəyi iş adamlarına da bir ruh yüksəlişi verdi.

Təşkil olunan bayram şənliyində həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsis edilən "Sahibkarlar Günü”nün bir daha sahibkarlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu vurğulanmışdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR