Türkiyəli jurnalistlər cəbhədə - Geniş təbliğat kampaniyasına start verildi

img

25-04-2016 [21:59]


Türkiyənin tanınmış televiziya kanallarından olan Bengütürk Qarabağla bağlı geniş təbliğat kampaniyasına start verib.

AzNews.az xəbər verir ki, TV-nin əməkdaşları dördgünlük müharibədən sonra Azərbaycan-Ermənistan təmas xəttində olub. Onlar cəbhədə gördüklərini lentə alıb. Bengütürk əməkdaşlarının Qarabağdan hazırladıqları proqram bu gün "Adım:Vatan" verilişində yayımlanacaq. Veriliş Bakı vaxtı ilə 21:50-də efirə gedəcək.

Bundan əlavə TV-nin direktoru Murat İde öz facebook səhifəsində məlumat yayaraq bildirib ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün Twitter-də haştag yaradılıb. Haştag verilişlə eyni saatda aktiv olunacaq. Bu kampaniyaya Pakistan Müdafiə Nazirliyi və bir çox qurumlar qoşulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR