Şou əhli də instaqram cəbhəsində - Xatirə Müşfiqi söhbətə çağırdı

img

07-04-2016 [16:20]


"Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov bəzi müğənni, jurnalist və siyasətçilərin ünvanına ağır ittihamlar səsləndirib.

AzNews.az xəbər verir ki, prodüser son günlər cəbhə bölgəsində baş verən hadisələrdən istifadə edərək sosial şəbəkədə özünü reklam edənləri alçaq və səviyyəsiz adlandırıb:"Bu günlər bizi bir çox həmvətənlərimiz, igidlərimiz, qəhrəmanlarımız çox ruhlandırdı, 100 faizlik qələbələrə əmin və zamin etdi. Amma fürsətdən istifadə edərək bəzi gədə-güdələr, alçaqlar, səviyyəsizlər (müğənni, prodüser, jurnalist, siyasətçi, telekanal əməkdaşı və s.) özlərini reklam etməklə ifrat hissi oyatdı. Min şükür ki, kişilər "o” birilərindən çoxdur”.

Müğənni Nadir Qafarzadə isə Müşfiq Abbasova daha sərt cavab verib:"Əgər bunu həqiqətən də Müşfiq Abbasov yazıbsa, ayıb olsun. Amma heç inanmadım. Bizə düşmən lazım deyil ki. Mənə elə gəlir ki, ürəyi olan oğlan ad çəkməlidir. Sözü havaya sormazlar”.

Məlumat üçün bildirək ki, N.Qafarzadə cəbhədəki gərginlik vaxtı Tərtərə yollanmış və hərbi forma geyinərək əsgərlərlə foto çəkdirmişdi. O, fotolarını sosial şəbəkə vasitəsilə yaymışdı.

Müğənni Xatirə İslam isə Müşfiq Abbasovu "razborkaya” çağırıb:"Mən bu yazını gördüm və inanmıram ki, bunu Müşfiq yazıb. Başa düşmədim ki, insanların şəhid ailələrinə, yaralılara gedib baş çəkməsi Müşfiqə niyə pis təsir edib? Bəlkə bir az gecikib getməyə, ona görə əsəbidir? Bilsəydim təklif edərdim, bir yerdə gedərdik. Ay Müşfiq, sənət adamlarının oralara qədər gedib çıxması və bunun instaqrama verilməsi oğullarımızda ruh yüksəkliyi yaratdı. Bu paxıllığa son qoyun. Mən getdim və sonra bütün millət ayağa qalxdı.

Bəli, kişilərimiz çoxdur, amma səni Tərtərdə görmədim. Gördüm sən getmirsən, mən getdim, bunun nəyi pisdir? Müğənniləri, prodüserləri pisləmək sənə yaraşmaz. Ssenarində bir də müğənniləri parodiya eləmə, onları ələ salıb xalqa güldürmə, görüm o zalı doldura bilərsən? Kişi nədir? Qadın nədir? Bu nə cinsiyyət söhbətləridir edirsiniz? Yığışın gedin yas mərasimlərində iştirak edin, artıq-əskik danışmayın. Sözlərim xoşuna gəlməsə, zəng edərsən daha ətraflı başa salaram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR