Ermənistan cəbhədə öldürülən zabitlərini bir qisminin adını açıqladı - SİYAHI

img

04-04-2016 [21:40]


Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində cəbhə xəttində öldürülən hərbçilərinin bir qisminin adlarını və fotolarını paylaşıb.

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunlardan ikisi – 1989-cu il təvəllüdlü Sasun Mkrtçyan və 1963-cü il təvəllüdlü Nodarik Marqaryan müqavilə ilə xidmət edən hərbi qulluqçulardır. Üçüncü öldürülən hərbçi isə 1988-ci il təvəllüdlü kapitan Ovsep Kirakosyandır.

Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində öldürülən daha dörd hərbçinin adını açıqlayıb. Öldürülənlərdən ikisi zabitlərdir. Mayor Ovsep Maisyan və kapitan Armenak Urfanyanla yanaşı sıravi Yuro Fərəməzyan və serjant Kərəm Sloyan da döyüşlərdə öldürülüb.

Öldürülən şəxslərdən üçünün Ermənistan vətəndaşı olduğu dəqiqləşib. Ovsep Kirakosyan Armavirdən, Nodarik Marqaryan Quqarkdan, Sasun Mkrtçyan isə İrəvandandır. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi təkcə bu gün erməni hərbi qulluqçularının 170 itki verdiyini, xeyli yaralandığını rəsmən bəyan edib. Dünən isə 100-dən çox erməni əsgəri məhv edilib, 200-dən çox isə ağır yaralanıb. Bu məlumatı  nüfuzlu Associated Press beynəlxalq informasiya agentliyi də təsdiq edib. Agentlik cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə "Dağlıq Qarabağ separatçı regionu”,"Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”,"Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir” kimi şərhlər yer alıb. Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb və yaralanıb, 6 tankı və 15 artilleriya qurğusu məhv edilib. Agentlik vurğulayır ki, Azərbaycan tərəfi itkilərini açıqlasa da, Ermənistan tərəfi bu barədə rəsmi məlumat yaymır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR