İndoneziyanın səfiri Pencak-silat Fedrasiyasında olub

img

01-04-2016 [14:52]


Son vaxtlar rəhbər heyətində ciddi dəyişikliklər edən Azərbaycan Pencak-silat Federasiyası Respublikamızın idman həyatında kifayət qədər fəallıq göstərməkdədir. 

Keçirdiyi yarışlar və təşkil etməyə hazırlaşdığı çempionatlar, beynəlxalq turnirlərdə qazandığı uğurlar Azərbaycan Pencak-silat Federasiyasını idman ictimaiyyətinin diqqət mərkəzində saxlamaqdadır.

Onu da qeyd edək ki, islam ölkələrində yaranan pencak-silat idman növü dəfələrlə Asiya ölkələrinin Olimpiya oyunlarına salınıb. Ümumiyyətlə, bu idman növünə Asiya ölkələrində, xüsusilə də vətəni olan İndoneziyada böyük maraq var. Ölkə rəsmiləri də bu sahəyə xüsusi diqqət yetirir və dünyada fəaliyyət göstərən federasiyalarla sıx əməkdaşlıq qururlar.

Bu gün İndoneziyanın Azərbaycan Respublikasındakı səfiri cənab Husnan Bey Fananie Pencak-silat Federasiyasının vitse-prezidenti Nahid Şəmşirovla görüşüb. Səfir ölkəsində bu idman növünə olan böyük rəğbətdən danışıb və Azərbaycan Pencak-silat Federasiyası haqqında məlumata malik olduğunu bildirib. Eyni zamanda Azərbaycan Pencak-silat Federasiyasının İndoneziyada yerləşən mərkəzi qurumlarla əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq köməklik göstərəcəyini deyib.

Daha sonra Pencak-silat Federasiyasının təlim-məşq zalına gələn səfir H.B.Fananie və vitse-prezident N.Şəmşirov idmançıların məşqlərinə tamaşa ediblər. Federasiyanın vitse-prezidenti Nahid Şəmşirov səfirə göstərdiyi diqqətə görə təşəkkür edib. O rəhbərlik etdiyi Federasiyanın gördüyü işlər, qarşısına qoyduğu vəzifələr, qazandığı uğurlar haqqında səfirə geniş məlumat verib.

İdmançıların məşqlərinə baxan səfir onların göstərdiyi idman hərəkətlərindən razı qaldığını bildirib və uğurlar arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR