Öpüş, xəyanət olar, Qarabağ yox?

img

01-04-2016 [14:17]


Azərbaycanda yerli serialların çəkilməsi üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılsa da, nəticə ürəkaçan deyil. Etiraf edək ki, telekanallar onlara ayrılan pulları mənasız, Türkiyə və Rusiya istehsalı serialların "kopyaları”na xərcləyib.

Nədənsə, dövlətin pulu ilə çəkilən yerli seriallar tamaşaçı rəğbəti qazana bilmir. Buna səbəb, süni aktyorlar, mənasız ssenarilərdir. Mövzu demək olar ki, eynidir: ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul arasında olan münasibətlər, kriminal aləm.
Halbuki, 20 faiz torpağı illərdir işğal altında olan Azərbaycanda belə mənasız mövzulardansa, Qarabağla bağlı keyfiyyətli serial çəkmək olardı.
Xocalıdan olan deputat Elman Məmmədovhesab edir ki, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, xalqımızın yaşadığı faciələri gənc nəsilə aşılamaq üçün yerli telekanallar dövlətin ayırdığı pullarla Qarabağ mövzusunda seriallar çəkməli idi.
"Prezidentin ayırdığı vəsaitin necə və hara xərclənməsinə nəzarət olunmalıdır. Vəsait ayrılanda həmin maliyyənin xərclənməsinə nəzarət edən qurum televiziyalara müəyyən tapşırıq, istiqmət verməli idi. Yəni bu maliyyənin neçə faizi hansı verilişə, hansı proqrama xərclənə bilib? Görünür, bu tövsiyyə, tapşırıq verilməyib. Televiziya kanalları müstəqil olaraq bu maliyyəni özlərinə sərf edən, öz maraqlarına, dünya görüşlərinə uyğun məsələlərə sərf ediblər”.



Deputat deyib ki, Qarabağ mövzusunda alimlərimiz, döyüşçülərimizin yazdığı əsərlər, xatirələr, elmi məqalələr var. Həmin əsərlərdən, əlyazmalardan istifadə edərək samballı serial çəkmək olardı:
"Yalnız ANS telekanalını istisna etmək olar. Onlar müəyyən vaxtlarda həmin salnamələri vaxtaşırı efirə verirlər. Filmlər çəkir, nümayiş etdirilər. Amma hələ ki, ortada bu mövzuda tutarlı serial yoxdur. Telekanallar kələfin ucunu itiriblər. Özləri də bilmirlər ki, haradan başlayıb, harada qurtaracaqlar. Mənasız, başaparan, cəmiyyətin tərbiyəsinə əksər hallarda mənfi təsir göstərən, iyrənc, xoşagəlməz ailə-məişət səviyyəsində məsələləri efirə çıxarırlar. Ən ağrılı problemimiz olan Qarabağ isə tamam kənarda qalıb”.



E.Məmmədov Qarabağ haqqında serialların çəkilməməsində birbaşa MTRŞ-nın gühankar olduğunu deyib.
Deputatın sözlərinə görə, MTRŞ telekanallara vaxtında nəzrət etsəydi, bu proble yaşanmazdı: "Televiziyalar əyləncə, şou-proqramlar, yemək bişirmək kimi verilişləri göstərirlər. Nuşirəvan Məhərrəmli həmin televiziyalardan soruşmur ki, Azərbaycanın tarixinə, mədəniyyətinə niyə yer ayırmırsınız? Bütün bunlar soruşulmalıdır. Hesab edirəm ki, gələcəkdə bu məsələlərə daha ciddi diqqət ayrılmalıdır. Televiziyalar niyə Qarabağ məsələsinə biganə yanaşırlar. Lazımsız işlərlə məşğul olmaqdansa Qarabağ probleminə diqqəti yönəltmək lazımdır”.
Deputat Qarabağ mövzusunda serialların çəkilməməsində günahı MTRŞ-da görsə də, qarşı tərəf bu ittihamları qəbul etmir.
MTRŞ-ın aparat rəhbəri Toğrul Məmmədovbildirib ki, dövlət tərəfindən ayrılan vəsait hesabına bütün mövzularda serial istehsal olunub. Onun sözlərinə görə, həmin seriallar arasında Qarabağ mövzusu da var:



""Xoca” və "Qarabağnamə” serailları da məhz prezidentin yerli serialların çəkilməsi üçün ayırdığı vəsait hesabına çəkilib. Düzdür, "Qarabağnamə” serialının çəkilişində müəyyən problemlər yarandı. Amma həmin serialın tam başa çatdırılaraq efirə verilməsi gözləniləndir. Şura tərəfindən İTV-yə tələb qoyulub ki, ya vəsait geri qaytarılacaq, ya da serial tam başa çatdırılmalıdır”-deyə Toğrul Məmmədov bildirib.
azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR