İlin ən erotik klipi təqdim olundu - Video

img

01-04-2016 [10:11]


Pop-musiqinin şahzadəsi sayılan amerikalı Rianna "Kiss It Better" mahnısının videoklipini təqdim edib.

Mia.az Milli.Az-a istinadən bildirir ki, 28 yaşlı müğənninin karyerasında belə açıq-saçıq, erotik klip olmayıb.

Adının mənası "Öpüş daha yaxşıdır" olan mahnının videoklipi dünən Riannanın YouTube-dakı profilinə yüklənsə də, artıq 2,83 milyon nəfər bu klipi izləyib.

Rianna hazırda yeni ANTİ albomunun promouşuna həsr olunmuş "ANTI World Tour" konsert turnesindədir.

Martın 12-də ABŞ-ın Ceksonvill şəhərində başlanmış turne ABŞ və Kanadada davam edəcək, Avropa mərhələsi isə iyunun 17-də Hollandiyada başlayacaq.
Turne avqustun 21-də Britaniyanın Çelmsford şəhərindəki "Hylands Park"dakı konsertlə başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR