Müğənni Cavanşir Məmmədovu toyda döydülər

img

30-03-2016 [23:15]


Bakıda şadlıq evlərindən birində keçirilən toy mərasimində dava-dalaş olub.
Mia.az lent.az-a istinadən xəbər verir ki, N.Tusi küçəsində yerləşən "Movida Plaza” şadlıq sarayında baş tutan məclis zamanı 1954-cü il təvəllüdlü Məmmədov Cavanşir İrşad oğlu xuliqanlıq zəminində döyülüb. Hadisəni törətmiş 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu polis tərəfindən saxlanılıb. C.Həsənov izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı 35-ci Polis Bölməsində araşdırma aparılır.

"Azadlıq”-ın yazdığına görə döyülən şəxs müğənni Cavanşir Məmmədovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR