Seymur Baycanın kitabı çıxdı

img

29-03-2016 [12:34]


Tanınmış yazıçı-publisist Seymur Baycanın yeni kitabı işıq üzü görüb.

Kulisin məlumatına görə "Alatoran” yayınlarında çap olunan kitab "Mənim mübarizəm - 4” adlanır.

Adından da göründüyü kimi, kitab müəllifin bu seriyadan olan dördüncü kitabıdır.

Kitabda S.Baycanın məqalə, esse və müsahibələri yer alıb.

Məlumat üçün bildirək ki, indiyədək Seymur Baycanın "Körpüslanlar”, "18,6”, "Ət və ət məhsulları”, "Ana ürəyi”, "Quqark”, "Adsız itin qayıdışı” adlı bədii kitabları da işıq üzü görüb və oxucular tərəfindən maraqla qarşılanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR