27-03-2016 [17:48]
Qərb ölkələrində ictimai nəzarət iki əsas komponentdən ibarətdir-şəffaflıq və vətəndaş iştirakçılığı. Dövlət özü vətəndaşlar üçün açıq olur və vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək, öyrənmək hüquqununu reallaşdırılmasını təmin edir.
Dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyaların sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnu tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır.
Qərb ölkələrində informasiya açıqlığı ictimai nəzarət komponenti kimi
Bu zaman"bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür.İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların daha bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır.Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir,yanlışların zamanında aşkarlanması, aradan qaldırılmasına yardım göstərir.
Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər.
Bununla dövlət etimad mühiti yaradırvə sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməkləümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetməsi modeli tətbiq olunur.
Sovet təcrübəsindən fərqli olaraq bu modeldə "ictimai iştirakçlıq” anlayışıfərlimahiyyətkəsb edir.Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.
Beləliklə informasiya açıqlığı, şəffaflıq ictimai nəzarətin vacib resursu kimi çıxış edir.Sovet təcrübəsindən fərqli olaraq informasiya açıqlığı, şəffaflığın təmin edilməsi ictimai iştirakçlığı real olaraq dövlətin idarəlonmasının əsas komponentlərindən birinə çevirməyə imkan yaradır.
İnformsiya açıqlığının, şəffaflığın təmin edilməsi doktrinası beynəlxalq səviyyədə Azərbaycanın da qoşulduğu Beynəlxalq Açıq Hökumət Təşəbbüsünun yaranması ilə bərqərar olub.
Azərbaycanda informasiya açıqlığı sahəsində qanunvericilik
Azərbaycanda da vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı informasiya əldə etmək hüququnun reallaşdırılması üçün zəruri normativ-hüquqi baza mövcuddur.
İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının30 sentyabr 2005-ci il tarixli Qanunundan və bu Qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi "hər kəsin” istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququnu tanıyır.
"İnformasiya əldə etmək haqqında” Qanuna görə, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
İnformasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
Qanunvericiliyə müvafiq olaraq informasiya sahibləri aşağıdakılardır:
İnformasiya sahiblərinə bərabər tutulanlar :
İnformasiya sahibi nə etməlidir?
"İnformsiya əldə etmək haqqında qanun” 29-cu maddəsində qeyd olunur ki, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır.Açıqlanmalı olan informasiyalar siyahısı çox genişdir və demək olar, dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar ictimai maraq kəsb edən bütün məsələləri əhatə edir.
Azərbaycanda informasiya açıqlığı ilə bağlı vəziyyət
Son illər dövlət qurumlarının informasiya açıqlığı sahəsində fəalyyəti yaxşılaşsa da, bu sahədə kifayət qədər ciddi problemlər qalmaqdadır.
Bu baxımdan Multimedia Mərkəzinin 2015-ci ildə apardığı 73 Mərkəzi icra orqanının və 68 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin nəticələri maraq doğurmaya bilməz. Monitorinq zamanı 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunub.
Monitorinqin nəticələrinə əsasən 73mərkəzi icra qurumları üzrə ortainformasiya açıqlığı göstəricisi 56 % ( 2013-cü ildə 39 %, 2012-ci ildə 33.5%) olub. Cari ildə 73 dövlət qurumundan 55-i informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər. Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 15 % ( ötən il : 12.7 %) olub.
Monitorinqin nəticələri ilə bağlı hesabatda qyed olunub ki, yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlərin qalır.. Ötən illərlə müqayisədə yerli icra orqanlarında , rayon və çəhər icra hakimiyyətlərinin rəsmi saytlarında hər hansı bir ciddi dəyişiklik baş vermədiyi bildirilib.Qeyd edilib ki bu qurumların saytlarının hamısı bir-birini təkrarlayır, açıqlanması məcburi olan infromasiyalarn 80-90% -i rəsmi saytlarda yoxdur..
İnformasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyi olduğu da qeyd olunub. Belə ki,2015-ci ildə 10 ən yaxşıların açıqlıq göstəricisi 75 % olduğu halda , sonuncu yerləri tutan 10 dövlət qurumunun açıqlıq əmsalı cəmi 26% dir.
Həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin Mərkəzi icra orqanlarından, xüsusilə də yerli icra orqanlarının saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub.
Bu sahədə dövlət nəzarətini həyata keçirməli olan dövlət qurumunun da fəaliyyətinin zəif olması vurğulanıb . Yerli icra orqanlarının informasiya açıqlığı sahəsindəki mövcud vəziyyətin çox aşağı səviyyədə olması göstərilib.
İctimai Şuralar və informasiya açıqlığı
Bütün bunlar göstərir ki, ictimai nəzarət mexanizmlərinin geniş tətbiq olunması məsələlərinin aktuallaşdığı bir vaxtda dövlət qurumlarının informasiya açıqlığı xüsusi diqqətdə saxlanılmalıdır.Yuxarıda qeyd edildiyi kimi, dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar kifayət qədər dolğun informasiya əldə edə bilməyən vətəndaşlar, vətəndaş cəmiyyəti institutları səmərli nəzarət mexanizmləri yarada bilməzlər.
Dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığının daha yaxşı təmin edilməsi işinə dövlət qurumları yanında İctimai Şuraların yaradılması prosesinin sürətlənməsi də çox mühüm töhfə verə bilər.
İctimai Şuraların əsas vəzifələrindən biri də, dövlət qurumlarının fəaliyyəti, qəbul olunan qərarlar, atılan addımlar barədə cəmiyyətin daha yaxşı məlumatlandırılması, ictimai rəyin öyrənilməsi, müstəqlil ekspert dəyərləndirmələrinin təmin edilməsi və nəzərə alınmasına nail olunmasıdır."İctimai iştirakçılıq haqqında” qanun 2014-cü il iyunun 1-dən qüvvəyə minməsinə, Nazirlər Kabinetinin isə 30may2014-cüil tarixdə "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindənseçilməsinə dair Əsasnamə"nin təsdiq edilməsi haqqında 171 saylı qərar qəbul etməsinə baxamayaraq İctimai Şuraların yaradılması geniş vüsət almayıb.
İctimai Şuraların yaradılması prosesinin ləng getməsi də, öz növbəsində, həm ictimai nəzarət mexanizmlərinin geniş və səmərəli tətbiq olunması, həm də dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığının daha yaxşı təmin edilməsinə mane olur.
Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İB tərəfindən həyata keçirilən "İctimai nəzarət institutlarının təşviqi” layihəsi çərçivəsində dərc olunur.
Zaur İbrahimli
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)