Şriftin ölçüsü / 340 dəfə oxunub

Düşmən dəyirmanına su tökən kimdir?

27 Mart 2016 [13:36]

Məlum olduğu kimi, "D18 Hərəkatı”nın gənc fəalları iki gün öncə Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında "Nadejda Savçenkoya azadlıq!” şüarı ilə piket keçirib.


Jurnalist Rəhman Oxan isə həmin gəncləri "erməni dəyirmanına su tökməkdə", "bütün dünyaya meydan oxuyan” Rusiyaya qarşı çıxmaqda və bununla təxribat törətməkdə ittiham edib.

Mən çox təəssüflənirəm ki, Azərbaycanda ruspərəst jurnalistlər hələ də var. Bu jurnalist yuxarıda qeyd olunan səbəblərə görə qeyrətli gənclərimizə ağıl öyrətməyə çalışır. Axı hər kəsə məlumdur ki, ukraynalı qız onun ölkəsini - Krımı işğal edən Rusiyanı və onun prezidenti Putini elə Moskvanın özündə sərt şəkildə tənqid etdi. Rusiyanın işğalçılıq siyasətini bütün dünyaya çar çəkdi və dünyanı bu işğalçı dövlətə təziq göstərməyə çağırdı. Məhkəmədə də Gürcüstan, Moldova , Ukrayna və Qarabağın işğalının arxasında Rusiyanin dayandığını bildirdi. Onun çıxışı dünyanın əksər KİV-ləri tərəfindən yayıldı və rəğbətlə qarşılandı. Əksər ölkələrdə onun müdafiəsi üçün Rusiya səfirlikləri qarşısında piket və nümayişlər keçirildi.

Rəhman Orxan, bu gəncləri "erməni dəyirmanına su tökməkdə" ittiham edirsən. Bəs sən kimin dəyirmanına su tökürsən? 20 Yanvar faciəsinı, Xocalı soyqırımını və Qarabağın işğalını unutdurmaqmı istəyirsən? "Aman günüdür, rusun adını çəkməyin"- deyə hay-həşir salırsan. Bəlkə də sənin də yaxınlarından bu hadisələrdə şəhid və əlil olan var...Varsa, çox təəssüf... Çünki onların ruhunu təhqir edirsən.

Rəhman Orxan, hər kəs öz adı ilə çağırılmalıdır. Millətimizin başına gələn bu dəhşətli faciələrin əsl günahkarının Rusiya olduğunu deməyəkmi? Susaqmı? Erməni kimdir və hansı qüvvəyə malikdir ki, torpaqlarımızı işğal etsin və bu gün də işğalda saxlasın? Faktlar ortadadır. Bizə bu acıları yaşadan Rusiyadır. Dünya nəyə görə Gürcüstanı, Moldovanı, Ukraynanı müdafiə edir və həmin ölkələrin müəyyən ərazilərinin işğalında Rusiyanın əlinin olduğuna görə ona sanksiyalar tətbiq edir? Bəs biz necə, Qarabağın işğalında əsas rolun Rusiyaya məxsus olduğunu deyə bildikmi? Bu gün Xoçalı qətliamında əsas rol oynanan keçmış 366-cı alayın zabitləri Rusiya ərazısində kef çəkir, hətta mükafata da layiq görülənləri də var. Bunları deməyəkmi? Susaqmı? Bəlkə ölkəmizin ərazisinin iki yerə parçalanmasında Rusiyanın pay sahıbi olduğunu da inkar edək?

Rəhman Orxan, səndən fərqlı olaraq Rusiya səfirliyi qarşısında piket keçirən o gənclərin qarşısında baş əyirəm. Bir Allah şahiddir ki, həmin piketdən xəbərim olsaydı, mən və dostlarım həvəslə o piketdə iştirak edərdik. Səndən fərqlı olaraq mən olkəmə, millətimə düşmən olan dövlət kimi Rusiyanı görürəm və bunu da həmişə uca səslə deyirəm.




SON XƏBƏRLƏR