MTRŞ-dən Aygün açıqlaması - “Sətiraltı fikir var...”

img

09-03-2016 [12:31]


Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) "55” verilişində xalq artisti Aygün Kazımovanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Qafqazinfo”ya açıqlamasında deyib ki, məsələ ilə bağlı monitorinq qrupu arayış hazırlayıb:

"Həmin səhnəyə baxmışıq, təhlil aparırıq. Monitorinq qrupu tərəfindən arayış hazırlanıb. Amma bu, hələ yekun deyil, hüquqşünaslarımız da rəy verməlidi. Çünki burada bir az qeyri-müəyyənlik var. Əslində, adi məntiqlə o ifadə ilə nə deyilmək istəndiyi məlumdur. Amma burada konkret olaraq söyüş, ədəbsiz söz, jest olmadığı üçün mübahisə ola bilər. Əlbəttə ki, milli dəyərlərə zidd sətiraltı məzmunda fikir var.

Bunu hüquqi dildə ifadə etmək lazımdır. Bəzən görürsən ki, elə kanallar var ki, yüz faizli qanun pozuntularını deyəndə üzə durmağa cəhd göstərirlər. Ona görə konkretlik vacibdi. Ən azından aparıcının baş verənləri ört-basdır etmək əvəzinə, qəhqəli gülüşlə reaksiyası kanal tərəfindən nəzərə alınmalıdır. Yəqin ki, kanalın özü tərəfindən də reaksiya olacaq. Adətən Xəzər TV belə hallarda ictimai narahatçılığa adekvat reaksiya nümayiş etdirir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR