Aygündən qalmaqallı açıqlama - “Gedək o biri otağa…”

img

09-03-2016 [12:17]


Ötən gün xalq artisti Aygün Kazımova "5/5” verilişinin qonağı olub.

"Qafqazinfo”nun məlumatına görə, verilişin aparıcısı Zaur Kamal xalq artistinə sürpriz hazırlayıb.

Aparıcı Aygün Kazımovadan Namiqlə duet oxuduğu "Bağlanıram” mahnısını gözüyumulu oxumağı xahiş edib.

Bu zaman xalq artistinin eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov mahnını ifa etməyə başlayıb.

Xalq artisti gözlərini açarkən gördüklərindən təəccüblənib və Namiqə çox bənzədiyini deyib:

"Adam da adama belə oxşayar? Qaşları, saçı və saqqalı necə də oxşayır. Gedək indi o birisi otaqda deyim, tam oxşayırsan, yoxsa yox…”

Aygünün bu sözləri aparıcı və tamaşaçılar tərəfindən gülüşlə qarşılanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR