“Mənim adıma narkoman damğası vurublar” - Aqil.M.Quliyev

img

22-02-2016 [23:05]


Mia.az-ın bugünkü müsahibi səsiylə hər kəsi valeh edən, rejissorluqda sözünü demiş yetərincə Aqil M. Quliyevdir.

Onunla söhbətə uşaqlığı və yaradıcılığa gəlməsindən başladıq. O deyir ki, uşaqlığını və əsasəndə məktəb illərində yay tətillini ya Bilgəhdə, ya da Qarabağın Çərəkdar kəndində keçirib. Orta məktəbi 153 saylı məktəbdə bitirib. Uşaqlıqda dərsə getməyin dərdindən kukla teatrı dərnəyinə gedib, kukla tamaşalarında kukları səsləndirib. Rejissor daha sonra bunları deyib: "Mən, buna bir xobbi kimi baxırdım. Heç bir zaman düşünə bilməzdim ki, bu iş mənim sənətimə bilər. Uşaqlığımızda aktyorlara əlçatmaz kimi baxırdıq. Amma mənim məqsədim o idi ki, yaxşı oxuyub hüquqşünas olmaq. 1-ci sinifdən 9-cu sinifə qədər dərsdə keçdiyimi evə gəldikdən sonra evdəkilərə dərslərimi mühazirə edirdim. 9-cu sinifdən sonra mən dərsləri bir kənara qoydum. "Sovetski” də böyümüş bir uşaq kimi axşamları tində idim. Bizim dünyamız indi ki, gənclər kimi telefonda, internetdə deyil məhlədə idi. Evdəkilərinin məcburiyyətdən sənədlərimi hüqüq fakultəsinə verməli oldum, amma qəbul ola bilmədim. 1989-cu ildə çox dəcəl olduğumdan məni koperativə qələm düzəltmək işinə düzəltdilər. İlk maaşım 3 həftəyə 300 rubl oldu və ilk maaşımı dostlar arasında xərclədim”.

Bu peşəni çox sevdiyini vurğulayan Aqil.M.Quliyev bildirib ki, təsadüfən bir gün kino studiyaya gəlməsi, kino studiyanın o zamanlar işləməsi və ab-havası onu valeh edib: "1990-cu ildə sənədlərimi İncəsənət Universitetinin Kino rejissorluq fakultəsinə verdim, o zamanlar Kino rejissorluq fakultəsi yeni açılmışdır, müəllimimdə Eldar Quliyev olmuşdur. Hər zaman ki, kimi xasiyyətim özünü büruzə verdi və yaxşı oxumadığıma görə Universitetdən qovuldum. Bir il yarımdan sonra geri qaytardılar və hər kəs kimi 4 il deyil 6 il tələbə oldum. Oxuya-oxuya 1994 cü ildə "MİR” kino studiyasında, daha sonra Azərbaycan Dövlət Televiziyasında "Ədəbi Dram” verlişləri redaksiyasında işlədim. AzTv də işləyə-işləyə mən 1999-cu ildə "ABA” televiziyasında 1997-1999-cu illərdə işləməyə başladım. Mən televiziyaya qatılmadım, mənim işim "Production” idi. "ABA” televiziyasından çıxdıqdan sonra tək çalışmağa başladım və 2007-ci illərə qədər müxtəlif şirkətlərlə işlədim. 2007-ci ildə "Aqil.M. Film” şirkətini açdım”.

Aqil.M.Quliyev onu da qeyd etdi ki, hər zaman insanlarla demokratik olmağa çalışıb. O, bildirib ki, insanı tanımadan barəsində yalnış fikirlərdə səsləndirirlər: "İnsanlara yaxşı münasibət bəslədikdə qarşılığışnda mənfi bir reaksiya görmüşəm. Təbii ki, bəzi ziyalıları çıxmaq şərti ilə. Amma sizə onu bildirim ki, bu boyda Bakı da bəlkə 200 ziyalı qalıb. Elə fikirləşirəm ki, nə qədər əl çatmaz olursansa, o qədər yaxşıdır. Məsəl üçün telefona gərək özün cavab verməyəsən, maşının qapısını kimsə açsın, yəni, insanlara başqa cür olmalısan ki, hörmət görəsən. İnsanlar çox dəyişib. Bilmirəm, kökü nədir. Bu, çox dərin bir məsələdir. Efirdə çıxıb özüm haqda danışanda "buna bax, üzündən narkomanlığ yağır” deyirlər. Narkoman olmasam da, "Bəyaz Həyat” filmindən sonra bu ad mənimlə bir ləkə kimi yanaşı gedir. Bir sözlə, mənim adıma narkoman damğa vurublar. Bu adı heç cürə silə bilmirəm.

Nüşabə Sadıqova


Digər xəbərlər
SON XƏBƏRLƏR