ANS daha bir ilkə imza atdı

img

22-02-2016 [15:37]


ANS TV dünya və Azərbaycan televiziya məkanında bir ilkə imza atıb.

Artıq ANS TV-nin yarandığı vaxtdan - 1991-ci ildən bu günə kimi efirdə yayımlanan verilişlərin hamısına internet vasitəsilə baxmaq olar. Bunun üçün www.anstv.ws saytına girərək arxiv videolar bölümünə daxil olmaq lazımdır. Burada istifadəçilər videoları tarix, kateqoriya, aparıcı, müxbir və verilişin adına görə təsnifləşdirə bilərlər.

ANS TV-nin arxiv videolar bölməsi
ANS TV-nin arxiv videolar bölməsi
Layihənin rəhbəri Eldəniz Elgünün sözlərinə görə, ANS-in bu təşəbbüsü "Çingiz Mustafayev Fondu”nun dəstəyi ilə həyata keçirilib.

"Layihənin yaradılmasında məqsəd 1991-ci ildən bu günə qədər olan verilişləri, xəbərləri, müxtəlif hadisələri, bir sözlə, Azərbaycan tarixini insanlara çatdırmaqdan ibarətdir. Bununla paralel olaraq bu layihənin davamı kimi "Qızıl Fond”un da vaxtaşırı 6 dəqiqəlik materialları tamaşaçıların ixtiyarına verilir. Martın 8-9-dan sonra "Qızıl Fond” əsasında hazırlanmış sənədli filmlər də efirə gedəcək”, - deyə rəhbər bildirdi.

Eldəniz Elgün - "Qızıl Fond"un redaktoru
Eldəniz Elgün - "Qızıl Fond"un redaktoru
ANS TV-nin yaratdığı arxiv videolar dünya televiziya aləmində yeni bir sistemdir. Əslində, ABŞ və Avropa ölkələrinin televiziyalarında buna oxşar layihələr olsa da tarixi əks etdirən bu sistem Müstəqil Dövlətlər Birliyi (MDB) və Şərqi Avropada tam yeni bir layihə kimi özü də tarixə düşdü.

ANS ("Azerbaijan News Service”) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalıdır. Yarandığı vaxtdan bu günə kimi ANS Qarabağ müharibəsi, Xocalı soyqırımı, AXCP tərəfdarlarının "istefa" səsləri ilə Milli Məclis binasına silahla basqın etməsi və Ayaz Mütəllibovun istefası, Bakı metrosunda partlayışlar və metrodakı yanğın, 1994 və 1995-ci ildə dövlət çevrilişinə cəhdlər, Neft Akademiyasındakı terror, Əfqanıstan, Çeçenistan, İnquşetiya, İraq, Gürcüstan, Misir və Türkiyə kimi ölkələrdə baş verən münaqişə və qarşıdurmalar kimi məsələlər ANS-in tarixində böyük yerə sahibdir. Məhz bu hadisələr BBC, CNN, Euronews, CBS, NBC, NHK, ITN, TBS, ZDF, RAI, ARD, WTN, RTL, Amerikanın Səsi, Azadlıq Radiosu və Rusiya, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələrin media qurumlarının marağına səbəb olmuş və ANS-lə əməkdaşlıq ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR