İlhamə Quliyeva məsələsi Rüstəm Usubovun nəzarətinə keçir

img

18-02-2016 [16:26]


Gələn həftə Xalq artisti İlhamə Quliyevanın köməkçisi, hazırda həbsdə olan Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov və vəkili Vasif Mirzəyev Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun qəbuluna gedəcək.

Bu barədə AzNews.az-a açıqlamasında M.Hüseynovanın vəkili deyib. Onun sözlərinə görə, görüş baş tutarsa, orada müəyyən məsələlərə aydınlıq gələcək:"Apelyasiya məhkəməsi oldu, amma onu buraxmadılar. Mehriban xanım, həyat yoldaşı da barəsində olan cinayət işinin xitam olunması və azadlığa buraxılması üçün Baş Prokurora müraciət ünvanlayıb. Ümid edirik ki, ölkə rəhbərliyi və Baş Prokurorluq məsələyə reaksiya verəcək”.

Vəkil bildirib ki, M.Hüseynovanın əməlidə heç bir cinayət tərkibi yoxdur:"Əsassız və qanunsuz həbs olunub. Azərbaycan Respublikasının qanunvericiliyində soyğunçuluğa cəhd edən bir maddə nəzərdə tutulmayıb. Bu ittiham ona əsassız verilib və biz bunu sübut etməyə çalışırıq”.

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR