İcra başçısı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qonağı olub

img

10-02-2016 [17:04]


10.02.2016-cı il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əlıiyev adına Müasir Təhsil Kompleksində oldu.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin Kompleksdəki abidəsinin önünə güllər qoyuldu. Sonra qonaqlar Kompleksin orta məktəbində azərbaycan, rus və ingilis bölmələrinin dərslərində müasir təlim metodikasının tətbiq olunmasının, Uşaq bağçasında ən müasir üsullardan istifadə olunaraq buradakı uşaqların hərtərəfli inkişafı üçün hər bir şəraitin olduğunun şahidi oldular. Onlar İdman Kompleksinın tərkibindəki hovuz, idman qurğuları haqqında məlumat aldılar. Qonaqlara məktəbin Estetika kafedrasının və Kompleksin nəzdindəki 39 saylı Musiqi Məktəbinin hazırladığı konsert proqramı təqdim olundu. Rəngarəng musiqi nömrələri, rəqslər, şeir töhfəsi tamaşaçıların zövqünü oxşadı. Tədbirin sonunda Kompleksin direktoru dos. Sevinc xanım Rzayeva qonaqlara Kompleksə gəldikləri uçün təşəkkürünü bildirdi.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da öz növbəsində bu təhsil müəssisəsində Ulu Öndər Heydər Əliyevin tövsiyyələrinin daim uca tutulduğu, nəinki Nəsimi rayonu üzrə, həmçinin respublika təhsil müəssisələrinin içərisində həmişə öndə olduğunu bildirdi. O, Kompleksin rəhbərliyinə minnətdarlığını bildirərək yeni-yeni uğurlar arzuladı.


Digər xəbərlər
SON XƏBƏRLƏR