Arif Alışanov şairə yüksək vəzifə verdi - Təyinat

img

10-02-2016 [15:41]


Tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaracaya Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində vəzifə verilib.


AzNews.az xəbər verir ki, o, kanalın rəhbəri Arif Alışanovun müvafiq əmri ilə Mədəniyyət kanalına direktor müavini təyin edilib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova faktı AzNews.az-a təsdiqləyib.

Məlumat üçün bildirək ki, B.Qaraca bundan əvvəl "Azərbaycan” qəzetində çalışırdı. Qəzetdən əvvəl isə telejurnalist uzun illər AzTV-də çalışıb.

Onu da bildirək ki, bir müddət əvvəl mətbuatda A.Alışanovun 2006-2009-cu illərdə işdən qovduğu baş redaktorları geri qaytarması ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda bildirilirdi ki, bir vaxtlar Gənclik Proqramları redaksiyasından uzaqlaşdırılan şair Bəxtiyar Qaraca da ötən ilin sonunda Arif Alışanov tərəfindən qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR