Azərbaycanda iki yeni komitə yaradılır

img

10-02-2016 [12:36]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir: "Hazırda enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı yeni iki texniki komitənin yaradılması istiqamətində iş aparılır”.

A.Əşrəfov həmçinin bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellasiya Şurası yaradılıb.

Şuraya A.Əşrəfov rəhbərlik edəcək. Şuranın tərkibinə 6 nəfər daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR