“Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür”

img

09-02-2016 [12:49]


İsveç Krallığının xarici işlər naziri Marqot Vallström İrəvanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, vəziyyətin eskalasiyasına imkan verməmək üçün bütün imkanlar səfərbər edilməlidir.

Onun sözlərinə görə, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll yolunun tapılması istiqamətində işlər davam etdirilməlidir.

"Tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün çalışmağa çağırırıq”, – deyə M. Vallström əlavə edib. Qeyd edək ki, İsveçin xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində bu gün Bakıya gələcək.(apa)


Digər xəbərlər
SON XƏBƏRLƏR