Arif Alışanov tanınmış jurnalistə vəzifə verdi

img

30-01-2016 [12:17]


AzTV-də yeni təyinat olub.

Tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb. Arif Alışanovun əmriylə ona yenidən AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsi həvalə olunub.



Qeyd edək ki, Vəli Əkbər 5 il Lider TV-nin ictimai-siyasi proqramlar departamentinin rəisi işləyib. Bu televiziyadan ayrılandan sonra, AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə rəhbərliklə aralarında yaranmış fikir ayrılığı səbəbindən vəzifəsindən azad olunub. Ondan sonra "Türkel" və "Region TV"-nin Xəbər Departamentinin rəhbəri vəzifəsində çalışıb. Bir müddət əvvəl onun "Xəzər" televiziyasına rəhbər gələcəyi barədə məlumat yayılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR