Əməkdar incəsənət xadimi Sitarə Rəhimova vəfat edib

img

06-03-2010 [11:13]


baycanın əməkdar incəsənət xadimi, rəssam Sitarə Rəhimova dünən axşam 65 yaşında vəfat edib. ANS PRESS-i məlumatına görə, sənətkar bu gün Bakıda dəfn edilib. Qeyd edək ki, sənətkar uzun illər oturaq həyat tərzi keçirdiyindən müxtəlif xəstəliklər tapmışdı. Qədim el sənəti olan muncuq tikməsi yaradıcılığı ilə məşğul olan Sitarə xanım ömrünün 42 ilini bu çətin işə həsr edib. Sənətkarın əl işləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə sərgilənib. Daha çox portret üzərində işləyən el sənətkarı mərhum prezident Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, İlham Əliyevin və Mehriban Əliyevanın portretlərini muncuqlarla kətan üzərində yaradıb. Sənətkar möhtəşəm ?Bürclər? əsərini 15 ilə tamamlayıb. Mərhum prezident Heydər Əliyev Sitarə Rəhimovanın yaratdığı Mustafa Kamal Atatürkün portretini Türkiyənin müstəqilliyinin 75 illiyində ovaxtkı Türkiyə prezidenti Süleyman Dəmirələ hədiyyə edib. Əsər hazırda Atatürk adına Muzeydə saxlanılır. S. Rəhimovanın iki nəhəng ?Ceyranlar? və ?Qızıl güllər? adlı əsərləri isə 1996-cı ildə İçərişəhərdə təşkil olunan sərgidə itib. ?Azərbaycantelefilm? 2008-ci ildə Sitarə Rəhimovanın yaradıcılığına həsr edilmiş ?Hələ ki dözülür? adlı sənədli film çəkib. Qeyd edək ki, S. İbrahimova 1945-ci ildə Gürcüstanda anadan olub. Beş yaşında ikən ailəsi Bakıya köçüb. Uşaqlıqdan arzusu rəsam olmaq olsa da, 1969-cu ildə isə Çingiz İldırımzadə adına Texniki Universitetə qəbul olunub. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR