Azərbaycanlı idmançı karatenin vətənində ikinci yeri tutdu

img

27-01-2016 [12:49]


Azərbaycan Pencak silat Federasiyası bu günlərdə Malaziyanın Kuala Lunpur şəhərində keçirilən Dünya çempionatında böyük uğura imza atıb. Azərbaycanlı karate ustası İlyas Hünbətli Sinqapur, Tailand və Hindistan idmançıları üzərində inamlı qələbə qazanaraq finala çıxıb. 


O finalda yalnız Vyetnamlı idmançıya uduzaraq gümüş medal qazanıb. Azərbaycan idmançısının karatenin pencak-silat növünün vətəni olan Malaziyada belə uğur qazanması federasiya rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanıb. Ona görə də bu günlərdə Asiya ölkələri üzrə Pencak silat Federasiyasının prezidenti, Beynəlxalq Pencak silat Federasiyasının direktoru cənab Şeyx Aladdin Yaqub Azərbaycana səfərə gəlmək barədə qərar qəbul edib. Onun gəlişində əsas məqsəd Azərbaycanda Pencak silat Federasiyasının fəaliyyəti ilə yaxından tanış olmaq, onun inkişafı üçün lazımi işlər görülməsinə köməklik göstərmək, eyni zamanda, 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam ölkələri İdman Oyunlarında pencak silatın təmsil edilməsinə dəstək verməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR