Elnarə polis bölməsinə çağırılıb? - Vəkilindən açıqlama

img

27-01-2016 [11:18]


Əməkdar artist Elnarə Abdullayeva polisə çağrılması ilə bağlı xəbərə vəkili münasibət bildirib.

Xanəndənin vəkili Gülnar Nəzərli "Qafqazinfo"ya açıqlamasında bu məlumatın yanlış olduğunu bildirib.

"Əgər çağırış olsa, qanun çərçivəsində qarşılıqlı cavab veriləcək. Heç bir bir hüquq-mühafizə orqanından belə bir dəvət və çağırış olmayıb. Yalnış məlumatdır”.

Qeyd edək ki, bu barədə xəbəri ölke.az saytı saytı yayıb və məlumatda bildirilir ki, sənətçi Abşeron Rayon Polis İdarəsinə çağırılaraq, ondan izahat alınıb və sərbəst buraxılıb.

Xatırladaq ki, müğənni Ülvi Qılıc açıqlamasında xanəndənin onu və ailəsini təhqir etdiyini, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini söyləmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR